Cəmiyyət

“Qarabağ xronikası”: Təmizlik davam edir – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda minatəmizləmə işləri haqqında danışıb. O bildirib ki, ötən dövr ərzində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilən torpaqlarda 10300 hektardan artıq ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.  “İşğaldan azad edilmiş ərazilər statistikaya əsasən dünyada […]

Cəmiyyət

DİN-dən “Rəisim” mahnısına REAKSİYA

Ötən gün gən müğənni Mujgan Ayxan tərəfindən ifa edilən “Rəisim” adlı mahnı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Oxu.Az xəbər verir ki, mahnının sözləri sevgilisi olan rəislərə həsr olunub. Mahnıya həm də klip çəkilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında istənilən müsbət  təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib: “Polisin fəaliyyəti […]

Cəmiyyət

Etibar Əliyev məhkəmədə ifadə verib: “Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə restoranda görüşdük”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. APA xəbər verir ki, hakim […]

Cəmiyyət

Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə edib – VİDEO

Bakıda taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb. Oxu.Az xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb və istifadəçilər arasında ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib. Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər.  Yanında azyaşlı övladı olan  L.Mustafayeva […]

İdman

Rafael Ağayev ədalətli oyun prinsiplərinə sadiq idmançı seçildi – FOTO

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­ası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib. Oxu.Az-ın xəbərinə görə, MOK-un inzibati binasında keçirilən tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib: “Hər il bu mükafatlandırmanı həyata keçiririk. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. […]

Siyasət

Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və […]

Dünya

İranda zəlzələ baş verdi

Çərşənbə axşamı İranda 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Çaharmahal və Bəxtiyari ostanının mərkəzi olan Şəhrikürd şəhərindən 89 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, Şəhrikürd şəhərinin təxminən 129 min nəfər əhalisi var. […]

Dünya

Ağ Evin yeni mətbuat katibi: “Mən qaradərili, lezbiyan və immiqrantam” – FOTO/VİDEO

Ağ Evin yeni mətbuat katibi Karin Jan-Pyer jurnalistlərlə ilk görüşü zamanı irqini və cinsi oriyentasiyasını açıqlayıb. Belə ki, o, bu vəzifəyə təyinatının bir neçə nailiyyəti ehtiva etdiyini deyərək, qaradərili, lezbiyan və immiqrant olduğunu vurğulayıb. “Məndən əvvəl maneələri dəf etmiş insanlar olmasaydı, bu gün burada olmazdım”, – deyə o əlavə edib. Qeyd edək ki, 44 yaşlı Karin Jan-Pyer 2020-ci […]

Cəmiyyət

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb – FOTO

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb. APA-nın verdiyi xəbərə görə, restoranın söküntü prosesi 3 gün ərzində yekunlaşacaq. Eyni zamanda Mərkəzi Nəbatat Bağında yerləşən laboratoriya binası, o cümlədən avtomobil qarajı və kafe də sökülüb. Ümumiyyətlə, indiyə qədər Mərkəzi Nəbatat Bağında qanunsuz fəaliyyət göstərən 10-a qədər tikili sökülüb. Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar […]

Cəmiyyət

Goranboyda qəza olub, xəsarət alanlar var – FOTO

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius”un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla […]