Dünya

Rusiya XİN: “İsveçin NATO-ya daxil olmasına qarşı cavab addımları atılacaq”

Rusiya İsveçin NATO-ya daxil olmasına qarşı cavab addımları atacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirlib ki, cavab tədbirləri həm hərbi-texniki, həm də digər sahələri əhatə edəcək. Həmçinin, qeyd olunub ki, İsveçin NATO-ya daxil olması Şimali Avropada və bütövlükdə qitədə təhlükəsizliyə ciddi zərər verəcək. Xeberal.az

Cəmiyyət

İranda azərbaycanlı tələbə qəflətən ölüb – FOTO

İranda ali təhsil alan 23 yaşlı azərbaycanlı tələbə qəfil vəfat edib.  Qafqazinfo.az xəbər verir ki, əslən Sabirabad rayonundan olan, İran İslam Respublikasının Təbriz Dövlət Universitetinin tələbəsi Zeynallı Gülşən Ariz qızı qəflətən dünyasını dəyişib.  İlkin məlumata görə, onun ölüm səbəbi ürək dayanmasıdır.  Qeyd edək ki, o, Memarlıq mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi olub. Xeberal.az