İdman

Rafael Ağayev ədalətli oyun prinsiplərinə sadiq idmançı seçildi – FOTO

Sharing is caring!

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­ası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib.

Oxu.Az-ın xəbərinə görə, MOK-un inzibati binasında keçirilən tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib:

“Hər il bu mükafatlandırmanı həyata keçiririk. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. Seçkilər zamanı bizdə yeni şəxslər rəhbər heyətə gəldi. Həmin tədbirdə qərara gəldik ki, keçmiş vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsın”.

Daha sonra mükafatlandırma olub:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi – Azər Əliyev (MOK baş katibi)

Ədalətli oyun prinsiplərinə sadiq hakim – Asif Şirəliyev (güləş) 

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Radik Hüseynov (güləş)

Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Rafael Ağayev (karate)

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (qəzetlər arasında) – “Olimpiya dünyası”

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (televiziya jurnalistləri arasında) – Rövşən Binnətli (“İdman” telekanalının direktoru)

Bundan əlavə, beş fotoqraf “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qalibləri kimi mükafatlandırılıb. 

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir