Cəmiyyət

Nazir Türkiyədə çalışan və təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşüb – FOTO

Sharing is caring!

Bu gün Ankarada yerləşən Şuşa Konfrans Zalında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türkiyədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirildi.

Görüşdə səfir Rəşad Məmmədov açılış çıxışı edərək, Türkiyədəki azərbaycanlı həkimlərin
istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə fədakarlığını qeyd etmiş, bu görüşün xüsusi əhəmiyyətini vurğulamışdır.

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsinə ayrılan xüsusi diqqətdən danışmış, son illərdə ölkədə səhiyyə sahəsində aparılan islahatlar barədə məlumat vermişdir.
Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə çıxış edərək, dərnəyin yaranması və fəaliyyətləri barədə geniş məlumat vermişdir.

Görüş sual-cavab hissəsi ilə davam etmişdir. Azərbaycanlı həkimlər belə bir əhəmiyyətli görüşün təskilinə görə təşəkkürlərini ifadə etmiş, səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat vermiş və təkliflər irəli sürmüşlər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir