Dünya

Türkiyədə COVID xəstələrinin sayı mənfi 4716 oldu – FOTO

Türkiyədə koronavirusla mübarizədə əldə edilən nailiyyət insanlarda təbəssüm yaradıb. Belə ki, açıqlanan son məlumatlar təəccübə səbəb olub. Bu günə qədər xəstələnmiş, həyatını itirən və sağalmış şəxslərin sayını göstərən cədvəldə aktiv xəstələrin sayı “mənfi 4716” olaraq göstərilib. Səhiyyə naziri Fəxrəddin Qoca sistemdə xəta baş verdiyini açıqlayıb. Bir müddət sonra yanlışlıq aradan qaldırılıb və rəqəmin qarşısındakı mənfi […]

Dünya

Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var – VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb. Hadisə Zabaykalye diyarının Moqoça şəhərinin hava limanında baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Daha beş nəfərsə yaralanıb. Helikopterin meşə yanğınlarından zərər çəkmiş insanları təxliyə etdiyi bildirilib. Onun göyərtəsində 15 nəfər olub. Hadisənin səbəbləri araşdırılır. Həmçinin, qəza yerində çıxan yanğının artıq söndürüldüyü qeyd edilir. […]

Dünya

Belçikada etirazçılar dəmir çəllək geyərək nümayişə çıxdılar – VİDEO

Belçikada fəallar 1 May nümayişinə neft çəlləkləri geyinərək qatılıblar. Onlar bu yolla yanacağın və zəruri məhsulların bahalaşmasına etiraz ediblər. “Bu gün bizim bu çəlləklərdən başqa heç nəyimiz yoxdur. Bu o deməkdir ki, avtomobilin yanacağını aldıqdan, evi isitdikdən və yemək bişirdikdən sonra əlimizdə heç nə qalmayıb”, – aksiya iştirakçılarından biri bildirib. Qeyd edək ki, Brüsselin mərkəzində […]

İdman

Məhəmməd Əlinin nəvəsi rəqibini nokaut etdi -VİDEO

Amerikalı boksçu Niko Uolş həmyerlisi Alexandro İbarranı məğlub edib. Əfsanəvi boksçu Məhəmməd Əlinin 21 yaşlı nəvəsi qarşıdurmanın ilk raundunda rəqibini nokaut edib. Qələbə amerikalı üçün karyerasında ardıcıl beşinci olub. İbarraya qarşı mübarizə Uolş üçün 2022-ci ildə ikinci olub. Yanvar ayında o, Ceremiya Yegeri nokaut etmişdi. Mübarizə ikinci raundda başa çatmışdı. Mənbə: Dailymail Xeberal.az

Dünya

Putinin varisi məlum oldu – İDDİA

Ukraynada müharibə bütün gücü ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb. Britaniya mediası Rusiya lideri Vladimir Putinin xərçəng xəstəliyinin müalicəsi çərçivəsində əməliyyat olunacağını açıqlayıb. Sözügedən xəbərin Kremldəki mənbəyə əsaslandığı bildirlib. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin bu prosesdə kreslosunu həvalə edəcəyi isim də məlum olub. İddialara görə, […]

Cəmiyyət

Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxılıb

Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxılıb “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində yaşadığı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılan 1962-ci il təvəllüdlü Bağırov Məhəmməd Qəzənfər oğlu ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı […]

İdman

“Zabit Səmədov” döyüş məktəbinin kikboksçuları Türkiyədə qələbə qazandılar – FOTO/VİDEO

“Zabit Səmədov” döyüş məktəbinin iki kikboksçusu Türkiyənin İstanbul şəhərində keçirilən yarışda qalib gəlib. Oxu.Az-ın xəbərinə görə, “Loca” döyüş klubunun keçirdiyi yarışda Ruslan Nağıyev (-75 kq) yerli idmançı Ali Kelatdan, Akif Quluzadə (-60 kq) Yusuf Polatdan üstün olub. Qeyd edək ki, Akif Quluzadə “Zabit Səmədov” döyüş məktəbinin yeniyetmə və gənclərdən ibarət komandasının kapitanıdır. Səbuhi Musa Xeberal.az

Kriminal

Gəncədə yeniyetmə oğlan bıçaqlanıb

Gəncədə bıçaqlanma baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb. 2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

İcra başçısı çinar ağacların kəsdirir, Ekologiya nazirliyi isə göz yumur – Fotofakt

Xəbəral.az xəbər verir ki, Bərdə rayonunun mərkəzi küçələrindən sayılan, Heydər Əliyev prospekti deyilən ərazidə, yaşlı çinar ağacları kütləvi şəkildə məhv edilir. Bu haqda Bərdə rayon sakinləri öz sosial şəbəkə hesablarında paylaşımlar edərək, aidiyyatı qurumların ekoloji fəlakətə göz yumduqlarını bildiriblər. Sözügedən paylaşımı sizlərə təqdim edirik. Xəbəral.az – a Bərdə rayonundan bildirdilər ki, sözügedən ağacların kəsilməsinə göstərişi, […]

İdman

“Barselona” qələbə qazanaraq ikinci pilləyə yüksəldi – VİDEO

“Barselona” La Liqanın 34-cü turunda “Malyorka”nı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Barselona” – “Malyorka” – 2:1 Qollar: Depay, 25 (1:0), Buskets, 54 (2:0), Raillo, 79 (2:1) Bu qələbə ilə xalını 66-ya yüksəldən Kataloniya təmsilçisi turnir cədvəlində 2-ci pilləyə yüksəlib, “Malyorka” isə 32 xalla 16-cıdır. Çempionluğu rəsmiləşdirən “Real”ın 81 xalı var. […]