Dünya

Belçikada etirazçılar dəmir çəllək geyərək nümayişə çıxdılar – VİDEO

Sharing is caring!

Belçikada fəallar 1 May nümayişinə neft çəlləkləri geyinərək qatılıblar.

Onlar bu yolla yanacağın və zəruri məhsulların bahalaşmasına etiraz ediblər.

“Bu gün bizim bu çəlləklərdən başqa heç nəyimiz yoxdur. Bu o deməkdir ki, avtomobilin yanacağını aldıqdan, evi isitdikdən və yemək bişirdikdən sonra əlimizdə heç nə qalmayıb”, – aksiya iştirakçılarından biri bildirib.

Qeyd edək ki, Brüsselin mərkəzində keçirilən aksiya ifrat solçu Belçika İşçi Partiyası tərəfindən təşkil edilib.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir