İncəsənət

Elgizdən onu parodiya edənlərə xəbərdarlıq

Sharing is caring!

“Mən bəzi insanları parodiya etməyi bacarıram. Parodiyanı sevirəm. Məni də qədərində parodiya edənləri sevirəm. Bəzən məni ayrıca bir bölüm kimi edirlər. İlk dəfədi bu haqda danışıram. Çox pis edirlər, heç bəyənmirəm: bayağı, şitdir”.

Xəbəral.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər deyib. Aparıcı onu parodiya edənlərə səslənib. Elgiz bildirib ki, həmin şəxslərli məhkəməyə verəcək:

“Mən də bir tamaşaçıyam, baxıram və zövq almıram. Bunu etməsələr daha yaxşı olar. Müəyyən orada elementlərə yol verirlər, qərəz var, kimsə onları öyrədib. O qədər tanınan insanlar var ki, onları parodiya etsinlər. Elə etməlisən ki, insanın özü bəyənsin, xoşlansın və gülsün. Həqiqətən biabırçılıqdar. Bəzi tədbirlər görəcəm, müəyyən stansiyalara müraciət edəcəm ki, yığışdırılsın. Elə edin ki, insanlarda ikrah yaratmasın. Arif insanlar başa düşür ki, nə edirlər”. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir