Cəmiyyət

İcra başçısı çinar ağacların kəsdirir, Ekologiya nazirliyi isə göz yumur – Fotofakt

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Bərdə rayonunun mərkəzi küçələrindən sayılan, Heydər Əliyev prospekti deyilən ərazidə, yaşlı çinar ağacları kütləvi şəkildə məhv edilir.

Bu haqda Bərdə rayon sakinləri öz sosial şəbəkə hesablarında paylaşımlar edərək, aidiyyatı qurumların ekoloji fəlakətə göz yumduqlarını bildiriblər.

Sözügedən paylaşımı sizlərə təqdim edirik.

Xəbəral.az – a Bərdə rayonundan bildirdilər ki, sözügedən ağacların kəsilməsinə göstərişi, birbaşa icra başçısı Vidadi İsayev verib.

Burada bir sual yaranır? Bu cür ekaloji məhvə niyə görə, Ekologiya Nazirliyin regional nümayəndəliyi göz yumur?

Bu yerdə Ulu Öndər Heydər Əliyevin məşhur sözünü sizlərə xatırlatmaq istəyirik:

Heydər Əliyev: “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” demişdi”

Bizə elə gəlir ki, Ağacı qıran adam cərimələnməlidir, məcbur edilməlidir ki, yenidən yaşıllıq zonası yaratsın”.

İnanırıq ki, haqq yerini tapacaq!

Mövzunu diqqətdə saxlayacağıq

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir