Cəmiyyət

SMA xəstəsi olan bacı-qardaşın sizin köməyinizə ehtiyacı var – FOTO

Spinal muskular atrofiya (SMA) xəstəliyindən əziyyət çəkən Nəzrin və Ümidin xeyirxah və imkanlı şəxslərin köməyinə ehtiyacı var. Oxu.Az xəbər verir ki, SMA xəstəsi olan uşaqlar Şəmkir şəhərində yaşayır. Ataları onlar körpə ikən vəfat etdiyi üçün bütün yük analarının çiyninə düşüb. Uşaqların orqanları deformasiyadan əzilir və ağrıları artır.  Artıq bir neçə gündür, Ümidin vəziyyəti daha da […]

Cəmiyyət

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil yol- nəqliyyatı hadisəsi törədib. APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. İşıqforla tənzimlənən yol kəsişməsində Ramil Əsgərov idarə etdiyi “Mersedes” markalı avtomobillə Azadlıq prospektində hərəkətdə olan zaman “Daewoo” markalı minik avtomobilin sürücüsü Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığın tələbini pozaraq […]

Müharibə

Odessaya raket zərbəsi: Ölən və yaralananlar arasında uşaqlar da var

Odessaya raket zərbəsi nəticəsində 13 yaşlı uşaq ölüb. Yetkinlik yaşına çatmayan daha bir nəfər şəxs isə ağır yaralanıb. Bu barədə Ukrayna xalq deputatı Aleksiy Qonçarenko özünün “Facebook” səhifəsində yazıb. “İlkin məlumatlara görə, Odessaya raket hücumu nəticəsində 13 yaşlı uşaq həlak olub, 17 yaşlı qız isə ağır yaralanıb”, – Qonçarenko bildirib. Deputat qeyd edib ki, başqa […]

Cəmiyyət

Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin maneəyə çırpılması nəticəsində 3 nəfər – ana, P.Kazımova və övladları L.Alxaslı və E.Alxaslı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb. 31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb. Hadisəni törədən yeniyetmə […]

Dünya

Ərdoğan Rəisi ilə bayramlaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə bir çox ölkələrin dövlət və hökumət başçılarına zəng edib. O, İran prezidenti İbrahim Rəisi ilə də bayramlaşıb. Həmçinin, Türkiyə prezidenti özbəkistanlı həmkarı Şövkət Mirziyoyev, Küveyt Əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah, Nigeriya prezidenti Məhəmməd Buhari, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan, Livanın baş naziri […]

Cəmiyyət

Yeniləşən Azərbaycana yeni məktəb – VİDEO

Bakıda daha bir təhsil ocağı istifadəyə verilib.  Belə ki, may ayının 2-si President İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 304 nömrəli tam orta məktəbin açılışı olub.  Sabunçu rayonunda son dörd il yarımda sayca 14-cü olan bu orta məktəbin tikintisinə 2020-ci ildə başlanılıb. 960 nəfər şagirdin təhsil ala biləcəyi bu məktəb artıq istifadəyə […]

Cəmiyyət

Polis polkovniki vəfat etdi

Polis polkovniki Namiq Aslanov vəfat edib. Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib. Bildirilib ki, uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış N.Aslanov xəstəlik səbəbindən vəfat edib. Qeyd edək ki, mərhum palkovnik Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru Eldar Aslanovun qardaşı, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədr müavini Vüsal Quliyevin dayısıdır. Xeberal.az

Cəmiyyət

Sumqayıtda sərnişin sürücünü avtobusun pəncərəsindən düşürməyə çalışdı– VİDEO

Sumqayıtda sərnişinlə avtobus sürücüsü arasında insident yaşanıb.  Hadisə şəhərin 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda baş verib.  Sərnişinlərdən biri sürücüyə müxtəlif xəsarətlər yetirib. Hətta onu avtobusun pəncərəsindən çıxarmağa çalışıb. Bütün bunlar isə avtobusun təhlükəsizlik kamerasına düşüb. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

İsrail prezidenti Ərdoğana zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti İshaq Hersoq arasında telefon danışığı olub. Bu barədə İsrail Prezidentinin Aparatı məlumat yayıb. Söhbət zamanı Hersoq dövlət başçısı və türk xalqının Ramazan bayramını təbrik edib. O, hər iki xalqın mənafeyi naminə əməkdaşlığı davam etdirməyin vacibliyini qeyd edib. Mənbə: “Haber Global” Xeberal.az