Dünya

Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Hadisə Zabaykalye diyarının Moqoça şəhərinin hava limanında baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Daha beş nəfərsə yaralanıb.

Helikopterin meşə yanğınlarından zərər çəkmiş insanları təxliyə etdiyi bildirilib. Onun göyərtəsində 15 nəfər olub.

Hadisənin səbəbləri araşdırılır.

Həmçinin, qəza yerində çıxan yanğının artıq söndürüldüyü qeyd edilir.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir