Sosial

Şəhid övladları bu universitetdə pulsuz oxuyacaq

Sivas Cümhuriyyət Universiteti maraqlı təşəbbüslə çıxış edib.  XəbərAl.az xəbər verir ki, universitetin rektoru professor Alim Yıldız Qarabağda şəhid olan əsgərlərimizin övladlarının universitetdə ödənişsiz təhsil almaları üçün lazımi tədbirləri gördüklərini açıqlayıb. Yıldız universitetləri ilə Azərbaycan arasında yaxşı bir əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanlı qardaşlarımız üçün dua edirik. Qarabağda şəhid olanların övladlarını universitetimizdə oxudacağıq. Hazırda bu istiqamətdə […]

MDB

Moskva metrosunda ilk: Qadın maşinistlər işə başladılar – FOTO/VİDEO

Moskva metrosunda ilk qadın maşinistlər sərnişinlərə xidmət göstərməyə başlayıb. Bu barədə REN TV video paylaşıb. Bildirilib ki, xəbəri Moskva metrosunun mətbuat xidməti yayıb. “Bu gün Filevsk xəttinə qadın maşinistin idarə etdiyi ilk qatar buraxılıb. O, işə başlamazdan əvvəl bir illik təlim keçib. Onunla birlikdə daha 12 qadın metropoliten qatarını idarəetmə hüququ alıb. Növbəti il azı […]

Asiya

Türkiyədə zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanlar Elazığda, Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Məlumata görə, zəlzələ hiss edilib.

Siyasət

İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədr müavini ilə görüşüb

Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib. XəbərAl.az xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. […]

Şou-Biznes

“Röya xalq düşmənidir, ölkədən qovulsun” – Kütləvi etiraz + VİDEO

Yeni il axşamı sosial şəbəkələrdə paylaşılan bəzi görüntülər birmənalı qarşılanmayıb. “BakuPost” bildirir ki, paytaxt sakinləri həmin gecə Bakıda atəşfəşanlıq edilməsinə öz etirazlarını bildiriblər. Bir müddət sonra isə sosial şəbəkələrdə paylaşılan Xalq artisti Röyanın görüntüləri xalqı qəzəbləndirib. Belə ki, həmin gecə teleaparıcı Kəmalə Piriyeva “İnstagram” səhifəsində xoşagəlməz videolar paylaşıb. Addımının səhv olduğunu anlayan aparıcı videonu silsə […]

Hadisə

Xüsusi təyinatlı gizirimiz qəzaya düşdü – AÇIQLAMA

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır. XəbərAl.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub: “Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev […]

Siyasət

Mehriban Əliyevadan növbəti paylaşım – “Onlar fəxr edə bilər ki…“

Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xaricdə yaşayan soydaşlarımızla bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, Mehriban Əliyeva paylaşımında yazıb: “Bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilər ki, biz müzəffər xalqın övladlarıyıq!”

Dünya

Rusiyada dəhşət: Aparıcı canlı yayımda intihar etdi

Rusiyada Novosibirsk sakini “VKontakte” sosial şəbəkəsində aparıcısı olduğu verilişin canlı yayımında intihar edib. XəbərAl.az bildirir ki, bu barədə bu gün Vesti.ru xəbər verib. Portalın məlumatına görə, 31 dekabrda saat 4 radələrində 40 yaşlı kişi aparıcı canlı yayıma qoşulub və 20 dəqiqəlik efirdən sonra həyatına son verib. Bildirilir ki, son iki həftə ərzində aparıcı efirdə vida […]

Maqazin

Tanınmış müğənni civədən zəhərləndi

Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib. XəbərAl.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sənətçinin bu yaxınlarda başladığı pəhriz səbəb olub. Belə ki, balıq pəhrizinə başlayan Viktoriya bir müddət sonra özünü pis hiss etməyə başlayıb. Bununla bağlı həkimə müraciət edən müğənninin civədən zəhərləndiyi məlum olub. Belə ki, onun qida rasionuna əlavə etdiyi […]