Hadisə

Xüsusi təyinatlı gizirimiz qəzaya düşdü – AÇIQLAMA

Sharing is caring!

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır.

XəbərAl.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub:

“Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev və digər avtomobilin sürücüsü Orxan Abdürrəhmanov ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdiriliblər.

Hazırda hər iki şəxs xəstəxanadadır. Bununla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. A. Hacıyevin vurulandan sonra üstündə olan mobil telefonunun və pulunun oğurlanması məsələsiylə bağlı isə istintaqda araşdırmalar aparılacaq. Bundan sonra məsələyə aydınlıq gətiriləcək. Hazırda O. Abdürrəhmanovun vəziyyəti ağır, A. Hacıyevin vəziyyəti isə orta-ağırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir