İdman

Adrian Mutu Azərbaycan çempionatında 61-ci oldu

Sharing is caring!


“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan çempionatları tarixinin 61-ci əcnəbi mütəxəssisi olub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, rumıniyalı komandasının 2023/24 mövsümünün I turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu görüşdə debüt edib.

Mutu, eyni zamanda, dördüncü rumıniyalı baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb. Ona qədər Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf Azərbaycan çempionatında çalışıblar.

44 yaşlı baş məşqçi həm də “Neftçi”nin tarixində altıncı əcnəbi mütəxəssisdir. Daha əvvəl Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir