MDB

Moskva metrosunda ilk: Qadın maşinistlər işə başladılar – FOTO/VİDEO

Sharing is caring!

Moskva metrosunda ilk qadın maşinistlər sərnişinlərə xidmət göstərməyə başlayıb.

Bu barədə REN TV video paylaşıb.

Bildirilib ki, xəbəri Moskva metrosunun mətbuat xidməti yayıb.

“Bu gün Filevsk xəttinə qadın maşinistin idarə etdiyi ilk qatar buraxılıb. O, işə başlamazdan əvvəl bir illik təlim keçib. Onunla birlikdə daha 12 qadın metropoliten qatarını idarəetmə hüququ alıb. Növbəti il azı 50 qadın maşinistin işə düzəlməsi planlaşdırılır”, – deyə Moskva merinin müavini Maksim Liksutov bildirib.

O qeyd edib ki, qadın maşinistlər üçün xüsusi forma hazırlanıb. Onlar qatarı idarə etmək üçün geyim forması olaraq ya ətəyi, ya da şalvarı seçə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir