MDB

Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir – FOTO

Azərbaycan yolların keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, “World Economic Forum” avtomobil yollarının vəziyyətinə dair “Quality of roads” hesabatını yeniləyib.Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərərək 1-ci yerdə qərar tutub. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə dünyada 24-cü yerdə qərarlaşıb.Qeyd edək ki, avtomobil yollarının […]

Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində, çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.Əlavə məlumat veriləcək.

Kriminal

DSX: Qanunsuz yolla ölkədən narkorik keçirənlər saxlanıldı – FOTO

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 18 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində […]

Siyasət

İlham Əliyevdən uşaqlara dair VACİB SƏRƏNCAM

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;Həmin Fəaliyyət […]

Gündəm

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.

Bu barədə Xəbəral.az saytına icra başçısının yaxınları tərəfindən məlumat verilib.Yaxınları qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: “İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır”.

Müharibə

Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanılıb

Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrin (GPS) istifadəsilə sərhədlərin demarkasiya işlərinə başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan MN-dən bildirilib ki, demarkasiya işlərinin bir hissəsi Kəlbəcər ərazisindəki Zod yatağında aparılır.