Bölgə

Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq – RƏSMİ + FOTO

“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, […]

AKTUAL

Vilayət Eyvazovdan yeni təyinat – FOTO

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib. Xəbəral.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib Xatırladaq ki, bu […]

Xarici siyasət

TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

Ədalət və İnkişaf Partiyası, CHP, MHP və İYİ Partiyanın TBMM fraksiyaları birgə bəyanatla çıxış edərək Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınayıb. Bu barədə “Haber Global” məlumat yayıb. “Türkiyə Böyük Millət Məclisində fraksiyası olan siyasi partiyalar olaraq Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd bir şəkildə Dağlıq Qarabağ münaqişəsinə dair 25 noyabr 2020-ci il […]

MDB

MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib – FOTO

Noyabrın 27-də MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. İclasda Milli Məclisin […]

Araşdırma

Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı – Şirkəti ermənilərə un göndərib?

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı Qarabağın ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə “Karmen” sözü oxunur. “Karmen” ticarət markası keçmiş deputata məxsus […]

Media

Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq

Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək üçün yeni şəbəkə yaradılacaq. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Diasporla İş üzrə Dövlət Komitəsinin və “Timberwolf Phoenix” media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub. Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, “Timberwolf Phoenix” media şirkətinin prezidenti Ben […]

Ölkə

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan […]

İdman

DÇ-2022-də Azərbaycanın səbəti müəyyənləşdi

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması zamanı Azərbaycan millisinin hansı səbətdə yer alacağına aydınlıq gəlib.UEFA-nın açıqladığı bölgüyə əsasən Azərbaycan 5-ci səbətdə yer alıb. Bu, millimizin FIFA reytinqində 109-cu, UEFA-nınkında  44-cü olması ilə bağlıdır.1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, […]

Region

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən, Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, o cümlədən, içməli su  təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir.Bununla […]