Region

Bu rayonlarda iki gün qaz olmayacaq

Diametri 1 200 mm olan ‘Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu […]

Cəmiyyət

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

“Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir. Abunəçilər evlərini tərk etmədən “Nar” xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər. Ölkədə yayılmış koronavirus […]

Sosial

Bakıda COVID-19 xəstələri ilə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik […]

Dünya

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyi gözlənilir. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb. Məlumata görə, Ermənistanın baş nazir aparatının protokol şöbəsinin rəhbəri Eduard Arutyunyan noyabrın 30-dan dekabrın 4-nə qədər səfər hazırlıqları ilə bağlı Moskvada olacaq.

İdman

Azərbaycan millisi Avropa çempionatında iki medal qazandı – FOTO

Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan iki medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup komandamız dünən və bu günkü çıxışının cəmində 66,300 xal toplayıb. Bu, millimizin İsraildən (67,575) sonra ikinci yeri tutub gümüş medal qazanmasına səbəb olub. Bürünc medalları isə meydan sahibi Ukrayna […]

Dünya

Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu

Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) “2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb. “Anadolu” agentliyi xəbər verir ki, indeksə dair hesabatda il ərzində 163 ölkədə baş verən terror hadisələri araşdırılıb. Nəticələrə əsasən, Əfqanıstan 2019-cu ildə dünyada baş verən terror hücumlarından ən çox təsirlənən ölkə olub. Keçən il dünyada ümumilikdə 13,826 nəfər terror hücumlarında ölüb, onların […]

Gündəm

Ağsunun icra başçısı vəfat edib- VİDEO

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib. Bunu XəbərAl.az-a açıqlamasında icra başçısının qohumları deyib. Məlumata görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.