Müharibə

Ermənilər Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdular – RƏSMİ

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Azərbaycan Ordusunun qeyd […]

Müharibə

Gəncə terrorunun pərdəarxası – VİDEO

Vətən müharibəsi dövründə Gəncə şəhərinin ermənilər tərəfindən raket hücumlarına məruz qalmasından iki il ötür. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 26 nəfər həlak olub. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi abidələrə də ziyan dəyib. Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən Xalq yazıçısı Çingiz Abdullayev hadisənin təfərrüatlarından danışıb. Daha ətraflı süjetdə: Xeberal.az

Müharibə

Ağdamda minaya düşərək xəsarət alan şəxslər Bakıya gətirilir

Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir. “Report”un məlumatına görə, oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan- 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika […]

Müharibə

Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər və Laçın istiqamətində atəşə tutuldu

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun […]

Müharibə

Ceyhun Bayramov: “Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir” – FOTO/VİDEO

“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twiter” hesabında yazıb. “Mina partlayışı nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib. […]

Müharibə

İki il fərqlə Gəncə və Mariupol: Viran qalmış abad şəhərlər, müharibənin əziyyətini çəkən mülki əhali – VİDEO

İki il bundan əvvəl Vətən Müharibəsi davam edərkən ermənilər təmas xəttindən xeyli uzaqda yerləşən Gəncəyə raket zərbələri endirərək mülki əhalini hədəf almışdı. Nəticədə, Azərbaycanın ikinci ən böyük şəhərində onlarla evə zərər dəymiş, mülki insanlar həlak olmuş, xəsarətlər almışdılar. Müharibənin sərt üzünü iki il sonra Ukrayna vətəndaşları da gördülər. Mariupol şəhərinin mülki əhalisi də işğalçı qoşunların […]

Müharibə

Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində iki nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif […]

Müharibə

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşüb

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub. Sonra xalqımızın Ümummilli Lideri Heydər […]

Müharibə

Ermənilər “Gəncə məqsədlərinə” çatmadı – ŞƏRH

44 günlük Vətən müharibəsi dövründə Ermənistan döyüş meydanında ard-arda düçar olduğu məğlubiyyətin qisasını Azərbaycanın mülki əhalisindən almağa çalışırdı. Necə deyərlər, Ermənistan çoxdankı şakərini işə salırdı və çirkin niyyətlərini göstərirdi. Ermənilər bu məqsədlə cəbhə xəttindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərlə atəşə tuturdu. Məqsəd bəlli idi: Azərbaycan xalqının birlik ruhunu sarsıtmaq və Müzəffər […]