Müharibə

Ceyhun Bayramov: “Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir” – FOTO/VİDEO

“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twiter” hesabında yazıb. “Mina partlayışı nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib. […]

Müharibə

İki il fərqlə Gəncə və Mariupol: Viran qalmış abad şəhərlər, müharibənin əziyyətini çəkən mülki əhali – VİDEO

İki il bundan əvvəl Vətən Müharibəsi davam edərkən ermənilər təmas xəttindən xeyli uzaqda yerləşən Gəncəyə raket zərbələri endirərək mülki əhalini hədəf almışdı. Nəticədə, Azərbaycanın ikinci ən böyük şəhərində onlarla evə zərər dəymiş, mülki insanlar həlak olmuş, xəsarətlər almışdılar. Müharibənin sərt üzünü iki il sonra Ukrayna vətəndaşları da gördülər. Mariupol şəhərinin mülki əhalisi də işğalçı qoşunların […]

Müharibə

Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində iki nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif […]

Müharibə

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşüb

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub. Sonra xalqımızın Ümummilli Lideri Heydər […]

Müharibə

Ermənilər “Gəncə məqsədlərinə” çatmadı – ŞƏRH

44 günlük Vətən müharibəsi dövründə Ermənistan döyüş meydanında ard-arda düçar olduğu məğlubiyyətin qisasını Azərbaycanın mülki əhalisindən almağa çalışırdı. Necə deyərlər, Ermənistan çoxdankı şakərini işə salırdı və çirkin niyyətlərini göstərirdi. Ermənilər bu məqsədlə cəbhə xəttindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərlə atəşə tuturdu. Məqsəd bəlli idi: Azərbaycan xalqının birlik ruhunu sarsıtmaq və Müzəffər […]

Müharibə

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından iki il keçdi

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir. Oxu.Az xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub. Nəticədə ölən və yaralanan olmayıb. Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də […]

Müharibə

Ermənistanın əsir düşərgəsinə çevirdiyi Edilli kəndi – FOTOREPORTAJ

Xocavənd rayonunun Edilli kəndində bir neçə gün əvvəl Birinci Qarabağ müharibəsi zamanı ermənilərin işgəncələrə məruz qoyduğu Azərbaycan hərbçilərinə məxsus kütləvi məzarlıq aşkarlandı.  Oxu.Az xəbər verir ki, Xocavəndin Edilli kəndi 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 28 il Ermənistan bu kəndi azərbaycanlı girovları saxlamaq üçün həbs düşərgəsi kimi istifadə edib.  Kəndi 2020-ci il oktyabrın […]

Müharibə

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb – FOTO

İtaliya Respublikasının Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına […]

Müharibə

Kəlbəcər və Daşkəsəndə aşkar olunan yeni minalar zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər rayonu ərazisində 79 ədəd “PMN-Э” tipli piyada əleyhinə, iki ədəd “TM-62M” tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina və […]

Müharibə

“Ermənilərin müharibə cinayətlərini üst-üstə yığsaq, Babil qülləsi yaranar” – AÇIQLAMA + FOTO

Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkarlandı. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov həmin qalıqların 12 nəfər Azərbaycan hərbçisinə məxsus olduğunu açıqladı. Məlumata görə, dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq hərbçilərin şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası da, genetik ekspertiza da 15 […]