Müharibə

Aİ səfiri Prokurorluğun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəlib

“Azərbaycan Baş Prokurorluğunun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəldim”. Oxu.Az xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib. Onun sözlərinə […]

Müharibə

Prokurorluq: “Meyitlər üzərində təhqiredici hərəkət faktları araşdırılıb” – VİDEO

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru […]

Müharibə

Sentyabr təxribatında ermənilər 6 azərbaycanlını işgəncələrlə öldürüblər

Sentyabr təxribatında erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib. Bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib. O […]

Müharibə

QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıblar

Qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıblar. Bəyanatda deyilir: “Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun […]

Müharibə

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimindən görüntülər – VİDEO

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, […]

Müharibə

Azərbaycan MN: “Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır”

“Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə […]

Müharibə

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Müharibə

Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk. […]

Müharibə

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib – FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd “PMN-Э” tipli piyada əleyhinə və 4 ədəd “TM-62M” tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina […]

Müharibə

BMT nümayəndəsi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri öyrənmək vacibdir”

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə həyatın canlanması üçün intensiv işlər görür”.  Oxu.Az-ın məlumatına əsasən, bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iqlim dəyişikliyi, koronavirus pandemiyası və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradıb.  BMT nümayəndəsi qeyd edib  ki, dünyadakı problemlər fonunda […]