Müharibə

Ermənilər “Gəncə məqsədlərinə” çatmadı – ŞƏRH

Sharing is caring!

44 günlük Vətən müharibəsi dövründə Ermənistan döyüş meydanında ard-arda düçar olduğu məğlubiyyətin qisasını Azərbaycanın mülki əhalisindən almağa çalışırdı. Necə deyərlər, Ermənistan çoxdankı şakərini işə salırdı və çirkin niyyətlərini göstərirdi.

Ermənilər bu məqsədlə cəbhə xəttindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərlə atəşə tuturdu.

Məqsəd bəlli idi: Azərbaycan xalqının birlik ruhunu sarsıtmaq və Müzəffər Ordumuzun nailiyyətlərinə qarşı etirazlar yaratmaq.

Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəni ilk dəfə raketlərlə bombaladı.

Gəncənin ilk bombalanması nəticəsində bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəydi.

Bununla belə, Azərbaycan xalqının mübarizə əzmi sarsılmadı və Ordumuz ruhdan düşmədi. Bunu görən Ermənistan ikinci dəfə, oktyabrın 5-də Gəncəyə yenidən raket atdı. Hücum nəticəsində üç mülki şəxs yaralandı.

Üçüncü hücum isə oktyabrın 8-də baş tutub, lakin ölən və yaralanan olmayıb.

Ermənistan oktyabrın 11 və 17-də Gəncəni güclü raket atəşlərinə məruz qoyub. 11 oktyabrda baş vermiş hücum nəticəsində 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. 17 oktyabrdakı hücumda hamısı mülki şəxs olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.

Ermənistan bununla da özünün cinayətkar xislətini bir daha nümayiş etdirib. Amma Ermənistan və ona havadar olan qüvvələr öz məqsədlərinə çatmadı, Azərbaycan xalqı daha da ruhlanaraq Orduya, Prezidentə dəstəyini ifadə etdi.

Azərbaycan isə müharibədə Ermənistan üzərində həlledici qələbə qazandı.

Qeyd edək ki, Ermənistanın törətdiyi Gəncə terrorları ilə bağlı cinayət işi açılıb.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir