Müharibə

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından iki il keçdi

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir. Oxu.Az xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub. Nəticədə ölən və yaralanan olmayıb. Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də […]

Müharibə

Ermənistanın əsir düşərgəsinə çevirdiyi Edilli kəndi – FOTOREPORTAJ

Xocavənd rayonunun Edilli kəndində bir neçə gün əvvəl Birinci Qarabağ müharibəsi zamanı ermənilərin işgəncələrə məruz qoyduğu Azərbaycan hərbçilərinə məxsus kütləvi məzarlıq aşkarlandı.  Oxu.Az xəbər verir ki, Xocavəndin Edilli kəndi 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 28 il Ermənistan bu kəndi azərbaycanlı girovları saxlamaq üçün həbs düşərgəsi kimi istifadə edib.  Kəndi 2020-ci il oktyabrın […]

Müharibə

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb – FOTO

İtaliya Respublikasının Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına […]

Müharibə

Kəlbəcər və Daşkəsəndə aşkar olunan yeni minalar zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər rayonu ərazisində 79 ədəd “PMN-Э” tipli piyada əleyhinə, iki ədəd “TM-62M” tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina və […]

Müharibə

“Ermənilərin müharibə cinayətlərini üst-üstə yığsaq, Babil qülləsi yaranar” – AÇIQLAMA + FOTO

Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkarlandı. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov həmin qalıqların 12 nəfər Azərbaycan hərbçisinə məxsus olduğunu açıqladı. Məlumata görə, dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq hərbçilərin şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası da, genetik ekspertiza da 15 […]

Müharibə

Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”

Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – nazirlikdən qeyd olunub. Xeberal.az

Müharibə

Aİ səfiri Prokurorluğun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəlib

“Azərbaycan Baş Prokurorluğunun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəldim”. Oxu.Az xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib. Onun sözlərinə […]

Müharibə

Prokurorluq: “Meyitlər üzərində təhqiredici hərəkət faktları araşdırılıb” – VİDEO

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru […]

Müharibə

Sentyabr təxribatında ermənilər 6 azərbaycanlını işgəncələrlə öldürüblər

Sentyabr təxribatında erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib. Bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib. O […]

Müharibə

QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıblar

Qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıblar. Bəyanatda deyilir: “Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun […]