İdman

Son illərin ən maraqlı Azərbaycan çempionatı: Gözlənilməz nəticələrin səbəbi nədir?

Milli komandaların oyunları ilə əlaqədar fasiləyə qədər Azərbaycan Premyer Liqasında son illərin ən maraqlı və gözlənilməz startı reallaşıb. Geridə qalan beş turda (“Sabah” və “Sumqayıt” dörd oyun keçiriblər – red.) heç bir komandanın itkisiz irəliləyə bilməməsi, nəticələrin bir çox hallarda təxminedilməz olması diqqət çəkib. V turda buna qədər bütün matçları qələbə ilə başa vuran “Zirə” […]

İdman

Kiyev “Dinamo”sunun futbolçusu “Sabah”da?

“Sabah” heyətinə yeni futbolçu cəlb edə bilər. “Bayquşlar”ın Kiyev “Dinamo”sundan Kahim Perrisi heyətinə qatacağı iddia olunur. Məlumata görə yamaykalı vinger icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək. “Sabah” futbolçunun transfer hüquqlarını almaq imkanına sahib olacaq. Yamayka millisinin də üzvü olan Perris 2022-ci ilin sentyabrından “Dinamo”da çıxış edir. O, Kiyev təmsilçisində 15 oyunda üç məhsuldar ötürmə ilə […]

İdman

Millimizin Avropa Superfinalındakı oyunlarının vaxtı açıqlandı

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub. Milli sentyabrın 19-da Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək. Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək. […]

İdman

“Qarabağ”ın üç legionerinə milli dəvət

“Qarabağ”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb. Bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla oyunlarına çağırılıb. Digər orta xətt oyunçusu Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıb. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə […]

İdman

“Qarabağ” hücumçu transfer edə bilmədi: Qrup mərhələsi üçün iştirak ərizəsi – SİYAHI

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin son günə qədər hücum xəttini gücləndirmək şansı olsa da, bu, mümkün olmayıb. “Atlılar” 24 futbolçunun adını siyahıya daxil ediblər. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, 10-u yarımmüdafiəçi, ikisi hücumçudur. Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey […]

İdman

II Liqa qalmaqalla başladı: “Sən hakimlik edərsən bir də…” – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasının I turunda qalmaqal yaşanıb. Oxu.Az xəbər verir ki, “Baku Sportinq” – “Şəfa” qarşılaşmasında qonaq komandanın baş məşqçisi Tural Rzayev və oyunun hakimi Nicat İsmayıllı arasında mübahisə yaranıb. Hakimə etiraz edən çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o, etirazlarına davam edincə hakim ikinci sarı vərəqə – “qırmızı” ilə onu texniki […]

İdman

Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək – VİDEO

Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək. Oxu.Az xəbər xəbər verir ki, 24 yaşlı hücumçu İsveçrə “Qrashoppers”indən “Hatayspor”a keçib. Bununla bağlı klub özünün sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda futbolçunun adı açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, bu, Renat Dadaşovdur. Faiq Tahirov Xeberal.az

İdman

Serxio Ramosun yeni klubu bəlli oldu

Müdafiəçi Serxio Ramos İspaniyanın “Sevilya” futbol klubuna keçib. Bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə bir mövsümlük imzalanıb. Qeyd edək ki, Ramosun 37 yaşı var və onun son klubu 2021-2023-cü illərdə çıxış etdiyi PSJ olub. Xatırladaq ki, futbolçu peşəkar karyerasına məhz “Sevilya”da başlayıb və 2002-2005-ci illərdə klubda çıxış edib. Xeberal.az

İdman

“Sabah”ın baş məşqçisi: “Azərbaycan adı üçün mübarizə aparacağıq”

“Söz verirəm ki, Azərbaycan adı üçün mübarizə aparacağıq və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”. “Report” xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev jurnalistlərə açıqlamasında FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib. Şimali Makedoniyadan olan 51 yaşlı mütəxəssis yer aldıqları A qrupundakı komandalar haqqında danışıb: “Rabotniçki” mənim ölkəmin təmsilçisidir. Komandanı yaxşı tanıyıram. […]

İdman

“Sabah”ın idman direktoru: “Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”

“Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”. “Report” xəbər verir ki, bunu “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov jurnalistlərə açıqlamasında deyib. Funksioner ötən mövsüm olduğu kimi, növbəti ildə də Azərbaycan çempionu adını qazanmaq istədiklərini bildirib: “Sabah” ilk dəfə FİBA Avropa Kubokunda mübarizə aparacaq. Bu, bizim üçün də yeni addımdır. Hər legioner ilə birillik müqavilə bağlanılır. Gələcəkdə […]