İdman

“Qarabağ”ın üç legionerinə milli dəvət

Sharing is caring!


“Qarabağ”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla oyunlarına çağırılıb.

Digər orta xətt oyunçusu Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıb. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matçda iştirak edə bilər.

Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir