İdman

“Qarabağ” hücumçu transfer edə bilmədi: Qrup mərhələsi üçün iştirak ərizəsi – SİYAHI

Sharing is caring!


“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin son günə qədər hücum xəttini gücləndirmək şansı olsa da, bu, mümkün olmayıb.

“Atlılar” 24 futbolçunun adını siyahıya daxil ediblər. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, 10-u yarımmüdafiəçi, ikisi hücumçudur.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov.

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev.

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 27. Toral Bayramov, 66. Patrik Andrade.

Hücumçular: 99. Redon Cica, 18. Juninyo.

“Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir