Cəmiyyət

Avqust ayında zəhərlənmədən yeddi nəfər ölüb

Sharing is caring!


Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından biri anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, biri isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 16 nəfəri ilan, birini isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, biri qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, biri isə dərman zəhərlənməsindən baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir