İdman

“Sabah”ın idman direktoru: “Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”

Sharing is caring!


“Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”.

“Report” xəbər verir ki, bunu “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov jurnalistlərə açıqlamasında deyib.

Funksioner ötən mövsüm olduğu kimi, növbəti ildə də Azərbaycan çempionu adını qazanmaq istədiklərini bildirib:

“Sabah” ilk dəfə FİBA Avropa Kubokunda mübarizə aparacaq. Bu, bizim üçün də yeni addımdır. Hər legioner ilə birillik müqavilə bağlanılır. Gələcəkdə ümidləri doğrultsalar, onlarla yola davam edəcəyik”.

Artıq transfer işlərinin yekunlaşdığını deyən Yusubov Serbiyadakı təlim-məşq toplanışına hazır olduqlarını söyləyib:

“Burada 6 oyun keçirməyi planlaşdırmışıq. Güclü rəqiblərimizdən biri yerli “Srvena Zvezda”dır. Digərləri ilə də gücümüzü sınamağa hazırıq. Demək olar ki, komandamız tam formalaşıb”.

Qeyd edək ki, “Sabah” 8 – 17 sentyabrda Serbiyada 6 yoldaşlıq matçı keçirəcək. Paytaxt təmsilçisinin FİBA Avropa Kubokundakı qarşılaşmaları oktyabrın əvvəlində gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir