Dünya

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşüb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


“26 yaşlı Tərlan Osmanov iyunun 25-də Liman şəhəri ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yıxılıb və onun sağ olub-olmaması haqqında indiyə qədər məlumat yoxdur. Pulemyotçu olan Tərlan həmin döyüşdə son ana qədər mövqeyini tərk etməyib”.

Bunu Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov deyib.

O, Ukraynadan son məlumatları da çatdırıb. Bildirib ki, ötən gecə Xarkov, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətləri kütləvi dron hücumuna məruz qalıb.

Qeyd edilib ki, 35 İran istehsalı olan dron havada ikən zərərsizləşdirilsə də, bir neçəsi Dnepropetrovsk və Odessada dağıntılara səbəb olub.

11:28

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə vurulan azərbaycanlı hərbçi itkin düşüb.

“Report”un Şərqi Avropa bürosunun yerli hərbi mənbələrdən aldığı məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Tərlan Eyvaz oğlu Osmanov bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur.

Əslən Bakı şəhərindən olan T.Osmanov pulemyotçu kimi həmin döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüşdə gülləyə tuş gəldikdən sonra yıxılan zaman görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus “N” saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib.

Hazırda onunla bağlı axtarışlar davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir