İdman

Ramos seçimini etdi: Müdafiəçi İspaniya təmsilçisi ilə müqaviləyə hazırlaşır

İspaniya millisinin müdafiəçisi Serxio Ramos “Sevilya” ilə qısamüddətli müqaviləyə imza atacaq. Bu barədə insayder Fabritsio Romano məlumat verib. Artıq tərəflərin razılığa gəldiyi bildirilir. Qeyd edək ki, Serxio Ramos daha əvvəl “Sevilya”da çıxış edib. İspaniyalı həmçinin karyerası ərzində “Real Madrid” və PSJ klublarının da formasını geyinib. Xatırladaq ki, ispaniyalı ulduzun adı Səudiyyə Ərəbistanı təmsilçiləri ilə yanaşı […]

İdman

“İnter” darmadağınla qalib gəldi – VİDEO

“İnter” İtaliya A Seriyasının III turunu darmadağınla başa vurub. Oxu.Az xəbər verir ki, “nerazzuri” öz meydanında “Fiorentina”ya qalib gəlib – 4:0. Markus Türamın hesabı açdığı qarşılaşmada Lautaro Martines dubl edib. Daha bir qolu penaltidən Hakan Çalhanoğlu vurub. Üç oyunda maksimum nəticə göstərən “İnter” doqquz xalla “Milan”la birgə zirvəyə şərikdir. “Fiorentina” dörd xalla səkkizinci pillədə qərarlaşıb. […]

İdman

Madriddə fırtına səbəbindən “Atletiko” – “Sevilya” matçı təxirə salınıb

İspaniya çempionatının 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” – “Sevilya” matçı bazar günündən daha sonrakı tarixə təxirə salınıb. Məlumata görə, La Liqa əvvəlcə məsələni klublarla müzakirə edərək fırtına xəbərdarlığı səbəbindən bu qərarı verib. Qeyd edək ki, Madriddə 3 sentyabr tarixində qırmızı həyəcan elan edilib. Hazırda “Atletiko” La Liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində […]

İdman

“Arsenal” son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdi – VİDEO

İngiltərə Premyer Liqasının IV  turunun mərkəzi oyununda “Arsenal” “Mançester Yunayted”i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 27-ci dəqiqədə “qırmızı şeytanlar”ın heyətində Markus Reşford açıb. Lakin bir dəqiqə sonra Martin Odegard hesabda tarazlıq yaradıb. 90+6-cı dəqiqədə Deklan Rays “topçular”ı önə keçirib. 90+11-ci dəqiqədə isə Qabriel Jesus […]

İdman

“Qarabağ” turun bağlanış matçında “Səbail”lə bacarmadı – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Oxu.Az xəbər verir ki, bağlanış matçında “Qarabağ” “Səbail”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Hesabı üçüncü dəqiqədə qonaq komandanın heyətində Hamidu Keyta açıb. Lakin Aleksandre Ramalinqomun dublu Bayıl təmsilçisinə qələbə qazandırıb. Madaqaskarlı futbolçu 17 və 42-ci dəqiqələrdə fərqlənib. Bu nəticədən sonra […]

İdman

Ferstappen tarixi rekorda imza atdı

Montsada keçirilən “Formula-1” üzrə İtaliya Qran-prisinin qalibi bəlli olub. “Red Bull” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. Beləliklə, niderlandlı tarixi nailiyyətə imza atıb. O, ardıcıl 10 yarışda qalib gələn ilk pilot olub. Xeberal.az

İdman

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i Gəncədə məğlub edib – VİDEO

Azərbaycan Premyer Liqasında V turun oyunları davam edir. Oxu.Az-ın məlumatına görə, bu gün turun daha bir görüşü keçirilib. Günün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəliblər. Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırıb. Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. […]

İdman

“Mançester Siti” Holandın məvacibini iki dəfə artıracaq

İngiltərə Premyer Liqasının hazırkı çempionu “Mançester Siti” yaxın vaxtlarda hücumçusu Erlinq Holanda təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif edəcək. Məlumata görə, “şəhərlilər” Norveç yığmasının oyunçusunun maaşını təxminən iki dəfə artırmağa hazırdırlar. Yeni müqaviləyə əsasən, o, həftədə 600 min funt sterlinq (700 min avro) alacaq. Qeyd olunur ki, “Siti” digər klubların futbolçunu ələ keçirə bilməməsi üçün hücumçuya […]

İdman

Azərbaycan yığması dünya çempionatına qatılacaq

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq. Oxu.Az xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcəklər. […]