İdman

Madriddə fırtına səbəbindən “Atletiko” – “Sevilya” matçı təxirə salınıb

Sharing is caring!


İspaniya çempionatının 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” – “Sevilya” matçı bazar günündən daha sonrakı tarixə təxirə salınıb.

Məlumata görə, La Liqa əvvəlcə məsələni klublarla müzakirə edərək fırtına xəbərdarlığı səbəbindən bu qərarı verib.

Qeyd edək ki, Madriddə 3 sentyabr tarixində qırmızı həyəcan elan edilib.

Hazırda “Atletiko” La Liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Sevilya” isə 0 xalla sonuncu 20-ci yerdədir.

Mənbə: sport-express.ru

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir