İdman

“Qalatasaray”ın futbolçusu A Seriyası klubunda

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Berkan Kutlunu icarəyə verib. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər İtaliyada “Cenoa”nın formasını geyinəcək. A Seriyası təmsilçisi beş milyon avroya oyunçunu birdəfəlik transfer edə bilər. Qeyd edək ki, 2021-ci ildən “Qalatasaray”da çıxış edən Berkan Kutlu bu mövsüm səkkiz matçda forma geyinib. Xeberal.az

İdman

Romelu Lukaku yenidən İtaliya klubunda

İngiltərənin “Çelsi” klubu futbolçusu Romelu Lukakunu icarəyə verib. Belçikalı forvard mövsümün sonuna qədər İtaliya “Roma”sının formasını geyinəcək. Məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb. Müqaviləyə satınalma bəndi daxil edilməyib. Qeyd edək ki, Lukaku ötən mövsümü də İtaliyada keçirib. 30 yaşlı futbolçu “İnter”də oynayıb. Xeberal.az

İdman

Emin Cəfərov: “Azərbaycan bütün dünyaya yarışları necə keçirmək lazım olduğunu göstərdi”

“Azərbaycan bütün dünyaya yarışları necə keçirmək lazım olduğunu göstərdi”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda təşkil olunmuş dünya çempionatı ilə bağlı danışarkən deyib. O, mundialın yüksək səviyyədə keçirildiyini bildirib: “Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill də yarışın Bakıda bütün dünya çempionatlarından yaxşı səviyyədə təşkil olunduğunu vurğuladı. […]

İdman

ISSF-nin baş katibi: “Azərbaycan təşkilatçılıq baxımından birincidir”

“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı, çətin ki, bir də bu səviyyədə keçirilsin”. Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) baş katibi Villi Qrill Bakıda keçirilən dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Çox sayda dünya çempionatında və doqquz olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq […]

İdman

Bakıda çempion olan polşalı: “Yarışın təşkilatçılığı mükəmməl idi” – FOTO

“Yarışın startından son günə kimi hər şey mükəmməl idi”. Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan Lukaş Çapla deyib. Polşalı idmançı öz çıxışından və təşkilatçılıqdan razı qaldığını bildirib: “Burada olmaqdan çox məmnunam. Təbii ki, qızıl medal qazandığım […]

İdman

UEFA “Qarabağ”a ödəniş edib

UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatına görə, Ağdam təmsilçisinə 200 min avro verilib. Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib. Xeberal.az

İdman

Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmiləri və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov iştirak ediblər. Qeyd edək ki, 53-cü dünya çempionatında dünyanın 100-dən artıq ölkəsindən 2 000-dək idmançı və nümayəndə iştirak edib. Faiq Tahirov Xeberal.az

İdman

Azərbaycanın 44 şahmatçısı Avropa çempionatında çıxış edəcək

Azərbaycanın 44 şahmatçısı Rumıniyanın Mamaya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında çıxış edəcək. Oxu.Az xəbər verir ki, sentyabrın 4-də startı veriləcək qitə birinciliyində 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında “köhnə qitə”nin ən yaxşıları müəyyənləşəcək. Millinin heyətində Azərbaycan birinciliyi və “Baku Open” turnirində fərqlənən şahmatçılar, perspektivli yeniyetmələr, həmçinin Landau Məktəbində seçilən uşaqlar yer […]

İdman

AFFA Əfran İsmayılovu cəzalandırıb

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovu cəzalandırıb. Oxu.Az xəbər verir ki, buna gənc mütəxəssisin Premyer Liqanın IV turunda “Sumqayıt”la oyundakı davranışı səbəb olub. İsmayılov matç bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, biri şərti olmaqla iki oyunluq cəzaya məruz qalıb. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib. Bundan başqa, görüş ərzində beş futbolçusu sarı vərəqə alan […]

İdman

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıblar – FOTO

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıblar. Oxu.Az xəbər verir ki, kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala layiq görülüb. Həmin növün komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc […]