İdman

Bakıda çempion olan polşalı: “Yarışın təşkilatçılığı mükəmməl idi” – FOTO

Sharing is caring!


“Yarışın startından son günə kimi hər şey mükəmməl idi”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan Lukaş Çapla deyib.

Polşalı idmançı öz çıxışından və təşkilatçılıqdan razı qaldığını bildirib:

“Burada olmaqdan çox məmnunam. Təbii ki, qızıl medal qazandığım üçün öz çıxışımdan razı qaldım. Bu, mənim dünya çempionatlarında ardıcıl doqquzuncu medalımdır. Azərbaycana, eyni zamanda Bakı Atıcılıq Mərkəzinə xüsusi təşəkkür edirəm. Burada hər kəs bizi həvəsləndirdi, dəstək verdi. Yarışın təşkilatçılığı mükəmməl idi. Çempionat çətin keçdi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar əllərindən gələni etdilər. Əsasən də son günlərdə medal sayımızda artım oldu. Ümid edirəm ki, gələn il keçiriləcək olimpiadada və Dünya Kubokunda daha yaxşı nəticələrimiz olacaq”.

Tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada birinci yeri tutan isveçli Yesper Niberq də təəssüratını bölüşüb:

“Yarışla bağlı onu deyə bilərəm ki, hər şey gözəl idi. Turnir əsnasında müəyyən vaxtlarda hava bir az küləkli keçdi. Ancaq ümumilikdə hər şey yaxşı idi. Komandamın fəxri kürsüyə çıxmasına töhfə verə bildiyim üçün sevinirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir