Dünya

Sankt-Peterburqda məktəbli idman dərsində qaçmaqdan öldü

Sharing is caring!


Rusiyada, Sankt-Peterburq şəhərinin Vıborq rayonunda məktəbli qız bədən tərbiyəsi dərsində ölüb.

Belə ki, 7-ci sinif şagirdi qaçış zamanı özünü pis hiss edib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yeniyetmənin ürəyində problemlər olub, lakin o, idman dərslərindən azad edilməyib.

Meyit ekspertizaya göndərilib. Hadisə araşdırılır.

Mənbə: Moslenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir