Dünya

ÇL: “Real” və “Napoli” qələbə ilə 1/4 finalda – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar.

İspaniyada “Real” İngiltərənin “Liverpul” klubunu qəbul edib. Komandalar arasındakı ilk matçda 2:5 hesablı qələbə qazanan madridlilər bu dəfə minimal hesabla üstün olub – 1:0.

Yeganə qolu 79-cu dəqiqədə Kərim Benzema vurub. İki oyunun cəmində 6:2 üstün olan madridlilər 1/4 finala adlayıb.

Gecənin digər matçı İtaliyada keçirilib. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkib. İlk oyunda iki cavabsız qolla üstün olan italyanlar bu dəfə də qalib gəliblər – 3:0.

Viktor Osimhenin dubl etdiyi qarşılaşmada son nöqtəni penaltidən Pyotr Zelinski qoyub. İki oyunun cəmində 5:0 üstün olan Neapol təmsilçisi 1/4 finalda oynamaq hüququ qazanıb.

Daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir