İdman

AFFA Əfran İsmayılovu cəzalandırıb

Sharing is caring!


AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna gənc mütəxəssisin Premyer Liqanın IV turunda “Sumqayıt”la oyundakı davranışı səbəb olub.

İsmayılov matç bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, biri şərti olmaqla iki oyunluq cəzaya məruz qalıb. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib.

Bundan başqa, görüş ərzində beş futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cəriməyə məruz qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir