İdman

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıblar – FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıblar.

Oxu.Az xəbər verir ki, kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala layiq görülüb.

Həmin növün komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəş açmada isveçli Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub.

Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.

Daha çox foto burada: PhotoStock.az

Faiq Tahirli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir