Cəmiyyət

Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər – Nazirlik rəsmisindən AÇIQLAMA

Sharing is caring!

“Peyvəndlənməyə gecikən ailələrin müraciətləri artıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Onun sözlərinə görə, pandemiya dövründən qalma gecikmələrə daha çox rast gəlinir:

“Sərt qadağalar dönəmində peyvənd təqvimi ilə uzlaşmayan ailələr oldu. Uşaqlar arasında rotavirusa yoluxma halları daha çox oldu.

Rotavirusa qarşı peyvəndləmə inkişaf etmiş ölkələrdə tətbiq olunur və bu peyvəndlər Azərbaycan Respublikasının Milli peyvənd təqviminə salınmayıb. 

Yaxın zamanda vətəndaşlarımız bununla bağlı şad xəbər alacaqlar”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir