İdman

ISSF-nin baş katibi: “Azərbaycan təşkilatçılıq baxımından birincidir”

Sharing is caring!


“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı, çətin ki, bir də bu səviyyədə keçirilsin”.

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) baş katibi Villi Qrill Bakıda keçirilən dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib:

“Çox sayda dünya çempionatında və doqquz olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq baxımından birincidir. Burada 14 dünya rekordu qırıldı. İndiyə qədər mundiallarda bu qədər rekord olmamışdı. Eyni zamanda, olimpiadaya 48 lisenziya verildi ki, bu da böyük nailiyyətdir”.

Villi Qrill yarışın mükəmməl keçirildiyinə görə Azərbaycana təşəkkür edib:

“Dünya çempionatı mükəmməl keçdi. Buna görə Azərbaycan Hökumətinə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür edirəm. Bu, bir nəfərin yox, ümumi komandanın işinin nəticəsidir. Federasiyanın baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi. Eyni zamanda, könüllülərə təşəkkür edirəm. 30 illik karyeram ərzində gördüyüm ən fəal könüllülər idi. Azərbaycanda, mənə doğma olan ölkədə bağlanış mərasimini etmək mənim üçün çətin oldu”.

Baş katib mətbuat nümayəndələrinə də təşəkkür edib:

“Sizin burada olmağınız yarışın işıqlandırılması və idman atıcılığının inkişafı baxımından çox vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir