İdman

II Liqa qalmaqalla başladı: “Sən hakimlik edərsən bir də…” – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan II Liqasının I turunda qalmaqal yaşanıb.

Oxu.Az xəbər verir ki, “Baku Sportinq” – “Şəfa” qarşılaşmasında qonaq komandanın baş məşqçisi Tural Rzayev və oyunun hakimi Nicat İsmayıllı arasında mübahisə yaranıb.

Hakimə etiraz edən çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o, etirazlarına davam edincə hakim ikinci sarı vərəqə – “qırmızı” ilə onu texniki zonadan uzaqlaşdırıb.

“Baxarıq, sən hakimlik edərsən bir də… Sənin yerin elə buradır”, – T.Rzayev texniki zonanı tərk edərkən N.İsmayıllıya deyib.

Görüş “Baku Sportinq”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir