Dünya

Qazaxıstan Ukraynadakı diplomatlarını Varşavaya təxliyə edib

Sharing is caring!

Qazaxıstanın Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşları Polşanın paytaxtı Varşavaya köçürülüb.

Bunu oktyabrın 20-də Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərə bildirib.

O qeyd edib ki, hələ ki, işçilərin yalnız qismən təxliyəsi aparılıb.

“Biz diplomatik heyətimizin həyatını və təhlükəsizliyini riskə ata bilmərik. Qazaxıstanın konsulu hələ də Kiyevdədir. O, hər gün işləyir, Qazaxıstan vətəndaşlarını qəbul edir, evakuasiyada köməklik göstərir”, – deyə Tleuberdi vurğulayıb.

Nazirin sözlərinə görə, Qazaxıstanın Kiyevdəki səfirliyinin bağlanmasından danışmağa əsas yoxdur.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir