İdman

Millimizin Avropa Superfinalındakı oyunlarının vaxtı açıqlandı

Sharing is caring!


Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub.

Milli sentyabrın 19-da Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək.

Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir