Cəmiyyət

Azərbaycanda bəzi avtomobillərə ehtiyat hissələri və usta tapmaq çətinləşib – VİDEO

Son iki ildir ki, Azərbaycana Çin istehsalı olan avtomobillərin idxalı artıb. Xezerxeber.az-ın məlumatına görə, bəzi məşhur avtomobil markaları var ki, onların da Çində istehsal olunan modelləri qiymətinin ucuz olması səbəbindən ölkəyə daha çox idxal olunur. Amma həmin maşınların Azərbaycanda ehtiyat hissələrini və ustalarını tapmaq müşkül məsələyə çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, son iki ildə Çindən 25 mindən […]

Cəmiyyət

Doğuş və hamiləlik zamanı ölüm hallarının artmasının səbəbi nədir? – VİDEO

Hamiləlik, doğuş və zahılıq dövründə qadınların ölümü paytaxt Bakıya nisbətən regionlarda daha çox baş verir. Xəzər TV mövzu ilə bağlı süjet hazırlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə 18 qadın vəfat edib. Hadisələrin altısı şəhər, 12-si isə kənd yerlərində baş verib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili […]

Cəmiyyət

Salyanda qadın qonşusu ilə ərinə xəyanət etdi – Dəhşətli cinayətin TƏFƏRRÜATI

Salyan rayonunda 1990-cı il təvəllüdlü Mahmud 1998-ci il təvəllüdlü həyat yoldaşı Şahnazı (adlar şərti verilib – red.) öldürüb. Teleqraf.com-un məlumatına görə, Mahmud rəsmi nikahda olduğu arvadı Şahnazın mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələnib. Habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə saat üç radələrində qonşusu Elməddinlə yaşadığı evdə […]

Cəmiyyət

Misir Mərdanov Qərbi azərbaycanlılarla rəqs etdi – VİDEO

Qərbi Azərbaycanın Çəmbərək rayonunun (Krasnoselo) Salahlı kənd camaatı 36 ildən sonra bir araya gəliblər. Oxu.Az xəbər verir ki, Çəmbərək camaatının görüşündə həmin rayondan olan keçmiş təhsil naziri Misir Mərdanov da iştirak edib.  Rayon sakinlərinin təşkil etdiyi məclisdə Misir Mərdanovun rəqsi diqqət çəkib.  Həmin görüntüləri təqdim edirik: @oxuaz Misir Mərdanov Qərbi azərbaycanlılarla rəqs etdi. Qərbi Azərbaycanın Çəmbərək […]

Cəmiyyət

Goranboyda tövlə yanıb, heyvanlar tələf olublar – FOTO

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub. Təsərrüfat sahibinə xeyli zərər […]

Cəmiyyət

Bakıda kişi intihar edib

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.  31 yaşlı Məmmədağa Bəşir oğlu Əliyev yaşadığı evdə özünü asıb. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Xeberal.az

Cəmiyyət

Gəncədə minik avtomobili yanıb

Gəncədə minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, VAZ markalı minik maşını anidən alışıb. Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürənləri cəlb olunublar. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Xeberal.az

Cəmiyyət

Azərbaycanda professor vəfat etdi

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib. Mərhumla vida mərasimi sabah saat 10:00-da Təzəpir məscidində keçiriləcək. Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ […]

Cəmiyyət

Elməddin Cəfərov böyük məbləğdə qonarardan niyə imtina edib? – VİDEO

“Türkiyədən indiyədək görmədiyim çox yüksək miqdarda qonarar verirdilər. İmtina etdim”. Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəzər axşamı” proqramında deyib. O, daha sonra böyük məbləğdə qonarardan imtina etməsinin səbəbini açıqlayıb: “Pandemiya vaxtı Türkiyədən təkliflər gəlirdi. Lakin həmin vaxt heç evdən çıxa bilmirdik, nəinki filmə çəkilmək. Keçən il də yaxşı bir təklif aldım, indiyədək […]

Cəmiyyət

Gəncədə qəza: Yaralılar var – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobillər toqquşublar. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az