Cəmiyyət

Elməddin Cəfərov böyük məbləğdə qonarardan niyə imtina edib? – VİDEO

Sharing is caring!

“Türkiyədən indiyədək görmədiyim çox yüksək miqdarda qonarar verirdilər. İmtina etdim”.

Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəzər axşamı” proqramında deyib.

O, daha sonra böyük məbləğdə qonarardan imtina etməsinin səbəbini açıqlayıb:

“Pandemiya vaxtı Türkiyədən təkliflər gəlirdi. Lakin həmin vaxt heç evdən çıxa bilmirdik, nəinki filmə çəkilmək. Keçən il də yaxşı bir təklif aldım, indiyədək heç görmədiyim yüksək qonorar verirdilər. Qəbul etmədim, çünki bir müddət öncə Türkiyədə uzun müddət qalmışdım, o vaxt çox sıxıldım. Uzun müddət başqa yerdə qala bilmirəm. Elə şeylər var ki, mənim üçün maddiyyatdan ötədir”.

Cansu Məmmədli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir