Cəmiyyət

Goranboyda tövlə yanıb, heyvanlar tələf olublar – FOTO

Sharing is caring!

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub.

Təsərrüfat sahibinə xeyli zərər dəyib.

Yanğının səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir