Hərbi

Hərbi Ekspert Elmar Hüseyn: Azərbaycan DSX-nə məxsus helikopterin qəzaya ugramasına səbəb nələr ola bilərdi?

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
DSX-nin rəssmi açıqlamasına nəzər alaraq aydın olunur ki, Helikopter Səngəçal aerodromundan saat 10:16-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib.
Qəza nəticəsində Şəhid olanların adlarını:
polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
mayor Həsənov Elmir Mircəlil oğlu;
mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
mayor Mayılov Emil Şahid oğlu;
mayor Məmmədov Murad Yaşar oğlu;
mayor Əliyev Emil Elman oğlu;
tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
kapitan Bayramlı Cavid Əhliman oğlu;
kapitan Əliyev Xəyyam Əlixan oğlu;
kapitan Qaraisayev Teymur Ənvər oğlu;
leytenant Süleymanov Abdulla Telman oğlu;
baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar,
Şəhid Pilot polkovnik Cavadov Fizuli Əli İbram oğlu ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı idi.
Hərbi ekspert ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov pilot – polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğunu deyib. “Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb”, hərbi eksperti Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyətinin hadisə yerində olduğu, hadisə ilə əlaqədar birgə araşdırmanın aparıldığı açıqlanıb. Baş Prokurorluq bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin “uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda” və digər maddələri ilə cinayət işi başlanıb.
İctimayəti maraqlandıran suallara və maraqlı məqamlara toxunmaq istəyirəm.
Hərbi ekspert ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov bildirir ki, insanları düşündürən suallardan biri şəhid olan uçuş heyətinin sayıdır. Bunu qeyd etmək istəyirəm, kiçik müqayisə Black Houk helikopteri 13 nəfər şəxsi heyət daşıya bildiyi halda, Mi-17 helikopterləri bundan 30 nəfər daha çox şəxsi heyət daşıya bilir.Buradan çox suallara cavab: Mi-17 tipli helikopterlər Taktiki texniki xüsusiyyətlərinə görə 24 nəfər uşuş heyətini daşıya bilən, Əlavə yük silah sursat aparan uçuş vasitəsidir.
Ümumi parametrlər.
Ekipaj: 3 nəfər (2 pilot və 1 mühəndis)
Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük
Uzunluğu: 18.465 m
Rotor diametri: 21.25 m
Hündürlüyü: 4.76 m
Boş çəki: 7,489 kq
Yüklü çəki: 11,100 kq
Maksimal qalxma çəkisi: 13,000 kq
Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki
Digər məsələ isə ən yaxşı heyətin məhz bir helikopterə toplanmasıdır ki, Bu suala sual ilə cavab vermək istəyirəm. Siz necə düşünürsüz təlim uçuş heyətinə təlimi ən yaxşı peşakarlar tərəfindən keçrilməsi düzgün deyilmi ?
Təlim heyətində olan ekipajın siyahisinda olan bir kiçik məqama baxaq, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu bu təlim heyətinin tərkibində olan, təlimatçı, rabitəçi və tibbi heyətin olması, təlimə heyətinə peşakarlıq ilə yanaşma kimi ifadə edilir.
Hava şəraiti- Pilotlar istənilən hava şəraitində, sutkanin gecə və gündüz vaxti düşmən təxribatının qarşısını almaq üçün piyada birliklərinə yaxın hava dəstəyi verməlidir. Əgər düşmən ön postumuza hücüm edərsə havada küləkdirsə, biz ona qarşılıq verərək cavab zərbəsi endirməyəcəyik? Bu təlim üçüşları bütün hallar üçün keçərli olmalıdır.
“Azərbaycanın Hava məkanə ilin 365 günü sutkanıın 24 saat qorunur.”
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadənin dediklərində bilmək olurki, helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir. “Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır”.
Vətən müharibəsi dövründə və kaputilasiya müqaviləsindən sonrada “Dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, və hərbi heyətlərdə o helikopterlə Zəngilana, Qubalıya gedilər. Dünyanın bir çox ölkələrində Mİ-17 helikopterlərdən geniş istifadə edirlir.
Hərbi ekspert ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynova görə qəzaya uğrayan helikopterin “qara qutu”sunun harada oxunmasına rəhbərlik qərar verəcək.
Azərbaycan Prezidenti hadisəylə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
Hadisə ilə bağlı Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Britaniyanın Azərbaycandakı səfiri James Sharp, İsrailin

Azərbaycandakı səfiri Corc Dik, İranın Azərbaycandakı səfirliyi, Polşanın Azərbaycandakı səfirliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türkiyə səfiri Cahit Bağçı və digər Türkiyə rəsmiləri başsağlığı veriblər.
Yekun nəticə heç bir yüksək texnalojoya üstün praktika qəzadan qaçılmağa təminat vermir.
Buna statistikaya toxunaraq məlumatı yekunlaşdirmaq istəyirəm.
12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-171 qəzaya uğrayıb.
19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.
11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.
27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb 5 nəfər ölüb.
27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.
• 30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Hərbi Ekspert Elmar Hüseyn

 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir