Cəmiyyət

Gəncədə minik avtomobili yanıb

Sharing is caring!

Gəncədə minik avtomobili yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, VAZ markalı minik maşını anidən alışıb. Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir