Dünya

Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir

Sharing is caring!

Anqolada 50-dən çox adam yerli inanclarına görə cadu mayesi içərək ölüb.

Bu barədə polis və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.

Camakupa bələdiyyəsinin əməkdaşı Luzia Filemone bildirib ki, 50-dən çox insan sirli maye içməyə məcbur edilib.

Öz növbəsində, yerli polis rəisi Antonio Samba bildirib ki, son iki ayda bu mayenin içilməsi nəticəsində ölənlərin sayı 30-dan 50-yə yüksəlib.

Qeyd edək ki, Anqolada cadugərlik edənləri mühakimə edən qanun yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir