İdman

Şahin Diniyev: “Qarabağ”ın möcüzə göstərəcəyinə ümid edirik”

Sharing is caring!

“Bugünkü oyunda “Qarabağ”ın qələbəsinə ümid edirik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev deyib:

“Qarabağın qələbəsinə inamımız böyükdür, lakin unutmayaq ki, rəqib çox güclüdür və 37 oyundur məğlubiyyət yaşamayıb. Hazırkı vəziyyətdə “Bayer” həm kağız üzərində, həm də oyundakı heyəti ilə “Qarabağ”dan üstündür. Ancaq Ağdam təmsilçisi neçə oyundur ki, gözlədiyimizdən də yaxşı nəticələr göstərir. Bu gün də bu möcüzələrdən birini göstərməsinə ümid edirik”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatmışdı. Tərəflər arasında cavab qarşılaşması martın 15-də Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Əli Quliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir