MARAQLI

Hollivud ulduzundan pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO

Sharing is caring!

“Ocean’s 8”, “The Predator”, “X-Men: Apocalypse” kimi filmlərdə ifa etdiyi rollarla sevilən ABŞ-li aktrisa, model, aparıcı və yazıçı Oliviya Mann onkoloji əməliyyat keçirib. Onun hər iki süd vəzisi çıxarılıb.

Bu barədə aktrisanın özü xəbər verib.

Hollivud ulduzunun sözlərinə görə, ona xərçəngin aqressiv, sürətlə inkişaf edən forması diaqnozu qoyulub.

Qeyd edək ki, Mann uzun müddət səhhəti ilə bağlı məlumatları mətbuatdan gizli saxlayıb.

Maraqlıdır ki, 2023-cü ilin fevral ayında Oliviya Mann xərçəngə meyillilik üçün genetik testdən keçib, ancaq nəticələr mənfi olub, mammoqrafiyada da xəstəliyin əlamətləri olmayıb. Buna baxmayaraq iki aydan sonra ona yekun diaqnoz qoyulub.

Aktrisanın sözlərinə görə, onun bəxti gətirib. Xəstəliyə kifayət qədər erkən diaqnoz qoyulub, bu da ona müalicə almaq üçün vaxt verib.

Oliviya Mann bütün qadınlara müraciət edərək, döş xərçəngi inkişaf riskini hesablamaq üçün həkim müayinəsindən keçməyə çağırıb. Həkiminin sözlərinə görə, əgər faiz 20-dən yuxarıdırsa, o zaman hər il mamoqramma, 30 yaşından sonra isə MRT müayinəsi lazımdır.

“Son 10 ayda dörd əməliyyat keçirdim, o qədər çox günləri yataqda keçirdim ki, sayını itirmişəm. Xərçəng, onun müalicəsi və hormonlar haqqında təsəvvür etdiyimdən daha çox şey öyrəndim. Mən diaqnozu gizli saxladım ki, insanlar mənim narahatlığımı, ağrıkəsicilərimi və xəstəxana xalatımı görməsinlər”, – deyə o paylaşımında bildirib.

Qeyd edək ki, aktrisa bir neçə gün öncə “Oskar” mükafatlarının təqdimetmə mərasimində görünüb. O, gecəyə sevgilisi, komediyaçı Con Maleyni ilə qatılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir