“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”. Bunu Xeberal.az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib. Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər: “Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib”. Xarici İşlər Nazirliyinin (XİN) […]
Cəmiyyət
Paytaxtın Nizami rayonunda 19 yaşlı şəxs bıçaqlanıb
Bakıda 19 yaşlı gənc bıçaqlanıb. Xeberal.az xəbər verir ki, hadisə Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində baş verib. 2004-cü il təvəllüdlü Azər Alıyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 48-ci günü
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 48 gündür, davam edir. AZƏRTAC xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə edilir. İştirakçılar […]
Məktəbdə başlanan sevgi şantaja çevrildi: Ata övladının intim şəkilləri yayılmasın deyə evini satdı
Ali Məhkəmədə Abşeron rayonunda sevgi münasibətində olduğu qadını şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rauf Vəliyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, R.Vəliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci […]
Bakıda itlərin yemək qabını oğurlayan şəxs kameraya düşdü – VİDEO
Bakının Lermantov küçəsi, 113 ünvanında heyvanlar üçün küçəyə qoyulan yemək və su qabları oğurlanıb. Bu barədə Lent.az-a şəhər sakini məlumat verib. Onun sözlərinə görə, belə hadisə artıq dördüncü dəfədir ki, baş verir: “Səhər işə gələndə küçə heyvanlarının ofisin qabağında ac və susuz bizi gözlədiyini görürük. Xahiş edirik ki, qabları kim oğurlayırsa, geri qaytarsın. Məsələ ilə bağlı mühafizə […]
Sabirabadda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Sabirabadın Ulacalı kəndində minik avtomobilinin ağaca çırpılması nəticəsində iki qardaş xəsarət alıb. “Report”un məlumatına görə, hadisə zamanı rayonun Ulacalı kənd sakinləri, 1996-cı il təvəllüdlü Alışov Qurban İxtiyar oğlu və onun qardaşı, 1997-ci il təvəllüdlü Alışzadə Nurlan İxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Hər ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Kürdəmirdə iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü xəsarət aldı
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində bir ailənin 3 üzvü xəsarət alıb. “Report” xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Sovla kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai Elantra” və “Hyundai Santafe” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai Elantra”da olan bir ailənin üzvləri – Ağcabədi rayon sakinləri; sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və övladları […]
Qəbələdə iki maşın toqquşdu: 72 yaşlı qadın xəsarət aldı
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib. Xeberal.az-nın xəbərinə görə, VAZ-2106 markalı avtomobil “Lada-Priora” markalı maşınla toqquşub. Hadisə nəticəsində Qəbələ rayonunun Böyük Pirəli kənd sakini, 1951-ci il təvəllüdlü Qəribova Sahibə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Xeberal.az
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın hansı küçəsində yolun bir hissəsi bağlandı?
Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli Xeberal.az-ya bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür. “Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı […]